Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Qarabağ Azəbaycandır!

0

  •              XX əsr Azərbaycan xalqının ictimai-siyasi həyatına keşməkeşlərlə və ciddi dəyişikliklərlə zəngin olan tarixi bir dövr kimi daxil olmuşdur. Zaman-zaman sınaqlara çəkilən Azərbaycan xalqı Ulu Öndərimiz Heydər Əliyevin polad iradəsi sayəsində öz müstəqilliyini qura bildi. Ulu Öndərimiz SSRİ kimi nəhəng dövlətdə işlədiyi müddətdə heç nədən qorxmayaraq “Qanlı Yanvar” faciəsini törədənlərin cəzalandırılmasını tələb etmişdir. Ulu Öndərimizin xilaskarlığı heç bir zaman qəlbimizdən silinməyəcəkdir.        Müstəqilliyimizin memarı olan Ulu Öndərimiz Heydər Əliyevin layiqli varisi Prezidentimiz İlham Əliyev cənabları Müstəqil Azərbaycan dövlətini müdrik və ağıllı siyasəti ilə işıqlı gələcəyə aparır. Prezidentimizin nəhəng tribunalarda etdiyi uğurlu çıxışlar xalqımız tərəfindən böyük rəğbətlə sevilir. Prezidentimiz bütün çıxışlarında çox ciddi qeyd edir ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Prezidentimiz Ermənistanın baş naziri ilə dialoqda olarkən hər zaman onun yalanlarını ifşa edir. 19 sentyabr 2020-ci il tarixdə Cənab Prezidentimiz Ermənistanın cəfəngah bəyanatları, təxribatları haqqında Azərbaycan televiziyası, İctimai televiziya, real televiziyasına verdiyi müsahibəsində bir daha qeyd etdi ki, Paşenyan hökumətinin ağılsız və səriştəsiz hakimiyyəti yaxın zamanlarda iflasa uğrayacaq. Prezidentimiz 12 iyul Tovuz hadisələrindən sonra Rusiya və Serbiyadan Ermənistana 100 tonlarla silah-sursat göndərmənə qəti şəkildə etirazını bildirdi. Yunanıstanın səfirini qəbul edən dövlət başçımız haqsız olan Ermənistanı dəstəkləyən Yunanıstana öz etirazını bildirərək, qardaş Türkiyə xalqının hər zaman yanında olduğunu qətiyyətlə Yunanıstan səfirinə bildirdi.        Biz, Prezidentimizin cəsarətli çıxışlarını dinləyərkən sevinir və qürur duyuruq. Dövlət başçımız bütün müsəlman dövlətlərinin başçılarına bildirir ki, müsəlman abidələrinin dağılması və tarixdən silinməsi hər bir müsəlman ölkəsinin ağrı və acısı olmalıdır.        Biz inanırıq ki, Prezidentimizin müdrik və ağıllı siyasəti nəticəsində mənfur düşmənlərimiz tərəfindən işğal olunmuş torpaqlarımıza və eləcə də Qarabağımıza yaxın vaxtlarda qayıdacağıq!        Biz hər zaman dövlət başçımızın yanındayıq!Tahir HƏSƏNOV,Xocalı rayon ziyalısı 

     

     

     
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi4 il öncə
    İzlənib46 dəfə
    Qarabağ Azəbaycandır!

    Maraqlı gələ bilər
    58
    0
    48